Müxtəlif kateqoriyalar altında cəmləşdirdiyimiz 250-dən çox

Məhsullarımız arasından axtardığınızı rahatlıqla tapın

Sağlamlığınız üçün araşdırdığımız​

Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk

Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin

Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.

Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir. 

Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.

Kəcəvər Kökünün Faydaları

Bənövşə Otu

Kəcəvər yüksək müalicəvi əhəmiyyətli bitkidir. Bu bitkiyə daha çox su hövzələrində, çay və göllərdə, kanal və su axarlarında rast gəlinir. Kökləri 80 sm dərinliklərdə olur. Müalicə məqsədi ilə kəcəvər kökü yazın ilk ayları və payızın son aylarında, yarpaqları isə iyun və iyul aylarında yığılır.

Xüsusi ətrə malik olan bu bitkinin müalicəvi effekti tərkibindəki efir yağları ilə əlaqələndirilir. Kəcəvər akoron, kamfora, evgenol kimi 40-a qədər komponentlə zəngindir.

Kəcəvər ağız boşluğundan tutmuş bağırsaqlara qədər stafilokok, eşerixiya koli kimi mikroorqanizmlərə antimikrob təsir göstərir. Bitkinin tərkibində olan efir yağları və acı qlikozidlər sayəsində dad reseptorlarına təsir edərək iştahaaçıcı effekt verir.

Həmçinin öd kisəsinin tonusunu yaxşılaşdırır, həzmi stimullaşdırır, qazqovucu effekt verir, diurezi artırır. Kəcəvər tərkibindəki aşı maddələr hesabına ishal əleyhinə də təsir göstərir.

Öd Qatılığı və Öd Daşı

İştahasızlıq

İshal Problemi

Kəcəvər kökü bloq

Xalq təbabətində kəcəvər hipoasid qastritlərdə, mədə-bağırsaq sancıları, diareya, hepatitlər, xolesistitlər, böyrəklərin və sidik kisəsinin iltihabı, qeyri-müntəzəm menstruasiya, öd yolları və öd kisəsinin xəstəlikləri zamanı geniş istifadə olunur. Kəcəvərin tərkibində olan azaron maddəsi qıcolma əleyhinə, antiaritmik, spazmolitik, bronxolitik təsir göstərir.

Faydalı məlumatlar

Füzuli Hüseynovun yazıları ilə bitkilərin faydaları haqqında məlumat əldə edin

Füzuli Hüseynovun elmi araşdırmalara əsaslanaraq yazdığı faydalı məlumatlar

Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.

1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.

Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.

Herba Florada

Yenilikər və Fəaliyyətlər

Yeni Məhsul: Fitoton Naftalan Qətransız şampun

Rebranding: Fitooil Üz Və Əl Kremləri

İnterFood2024

Herba Flora

Mükafatlar və Sertifikatlar